Bu ölkədə yeni epidemiya yayılır: Ölüm nisbəti 90 faizə çata bilər

DÜNYA
15:30 08.07.2022
565
"Marburq qızdırması”ndan iki nəfər ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi Qananın cənubunda "Marburq qızdırması" epidemiyasından 2 nəfərin öldüyü açıqlanıb. 

Açıqlamada "Marburq qızdırması” testlərinin müsbət çıxdığı və bu nəticələrin təsdiqi üçün Seneqalda bir laboratoriyaya göndərildiyi bildirilib.

Xəstəliklərdə ishal, qızdırma, ürəkbulanma və qusma kimi əlamətlər qeyd olunub. Meyvə yarasaları vasitəsilə yoluxan "Marburq qızdırması” insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması ilə də yayılır.

İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi təsirlər birdən-birə baş verir və 7 gün ərzində bir çox xəstələrdə ağır simptomlar inkişaf edir.

Peyvəndi və ya spesifik müalicəsi olmayan "Marburq qızdırması”ndan ölüm nisbəti 23% ilə 90% arasında dəyişə bilər.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR