Afrikalı futbolçu "Qarabağ"da - RƏSMİ

Afrikalı futbolçu "Qarabağ"da - RƏSMİ
İDMAN
22:26 28.08.2020
658
"Qarabağ” daha bir futbolçunun transfer edib.

AzxeberSport-un məlumatına görə, Ağdam klubu yeni oyunçusu Patrik Andradeni feysbuk səhifəsi vasitəsilə təqdim edib.

Bolqarıstanın "Çerno More” klubundan transfer olunan yarımmüdafiəçinin müqavilə detalları barədə məlumat verilməyib. 27 yaşlı kabo-verdeli orta sahə oyunçusu karyerası ərzində həmçinin Portuqaliyada "Ribeyrao”, "Yoan”, "Moreyrense”, "Famalikan” və "Salqueyros” klublarında oynayıb.

Qeyd edək ki, "Qarabağ” yay fasiləsində Emil Balayev, Kevin Medina, Vild-Donald Gerye və Uroş Matiçi heyətinə cəlb edib.
OXŞAR XƏBƏRLƏR