Afrikanın bakılı milyarderi - FOTOLAR

Afrikanın bakılı milyarderi -  FOTOLAR
DÜNYA
20:53 23.08.2015
5052

Bəzi təşkilatlar, nüfuzlu jurnallar dəfələrlə onu Afrikanın ən zəngin qadını elan ediblər. Onu həm ağıllı, həm də güclü qadın adlandırırlar. 1973-cü ildə Bakıda dünyaya gələn İzabel duş Santuş indi ölkəsinin ən populyar qadınları siyahısında ilk yerlərdən birində qərarlaşır.

Biz yalnız öz ölkəsində və Afrika qitəsində deyil, Avropa və Asiyada da tanınan, Bakıda dünyaya gəlmiş İzabel duş Santuşun həyatı ilə bağlı maraqlı məqamları təqdim edirik:

Vaxtilə Azərbaycan Neft Akademiyasının məzunu olmuş Anqola prezidenti Joze Eduard duş Santuşun bakılı Tatyana Kukanova ilə nikahından dünyaya gələn ilk övladı hələ uşaq yaşlarından etibarən iqtisadiyyat, müxtəlif maliyyə əməliyyatları ilə maraqlanır.

Böyük Britaniyada elektrotexnika üzrə təhsil alan İzabel gələcək həyat yoldaşı, Konqodan olan milyarder Sindiko Dokolo ilə elə orda tanış olur. Evlənməyi qərara alan cütlüyün toy mərasiminə külli miqdarda - 4 milyon dollar pul xərclənib. Təkcə onu demək kifayətdir ki, toya dəvət olunmuş 800 nəfərlik qonağın yarısı İzabel və Sindikonun qohumları idi. Onların arasında xeyli sayda rəsmi şəxs, hökumət nümayəndələri, işgüzar adamlar vardı.

Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlib.

Ötən əsrin 90-cı illərində Londona qayıdan İzabel burada alman şirkətində çalışmağa başlayıb. Daha sonra isə yükdaşıma biznesinə girişib.

Bu çabaların nəticəsidir ki, 1997-ci ildə artıq onun şəxsi biznesi vardı. Luandadakı ilk gecə klubu və çimərlik restoranı olan “Miami Beach Club” İzabelin gəlirlərini artırırdı.

Rəqabətli biznesə girişmiş qadın bütün bunlarla müxtəlif şirkətlərdə çalışmaqla yanaşı, Anqolada və ölkənin sərhədlərindən kənarda bir neçə holdinq yaratmağa müvəffəq oldu. Ən böyük sahibkarlardan və sərmayəçilərdən biri olaraq müxtəlif biznes əməliyyatlarına girişir.

Portuqaliya və Anqolanın bir neçə nəhəng şirkətinin səhmdarı kimi fəaliyyət göstərən İzabel hətta 2014-cü ildə “İlin afrikalı qadını” elan edildi.

Neft və almazı özünün kommersiya maraqlarına daxil etmiş bakılı qadın sement istehsalı ilə məşğul olan “Nova Cimangola” şirkətinin səhmdarına çevrildi. Portuqaliyada və ölkəsində bankların rəhbərliyində təmsil olunan İzabelin adı indi dünyanın ən güclü sərmayəçi qadınlarının siyahısında ilk yerlərdən birində qərarlaşıb.

Qeyd edək ki, bir müddət əvvəl “Forbes” jurnalı 42 yaşlı qadını Afrikanın ilk milyarder qadını elan edib.

//publika.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi