"Bu gün bəstə, söz, aranjemana pul baxımından baxsaq, hansı bir bizneslə məşqul olursan ol, onun gəliri bəstəkarlıqdan qat-qat çoxdur”.
AZXEBER.COM xəbər verir ki, bunu, Xəzər Tv də yayımlanan "İncə səhər” verilişinə qonaq olan Afşin Azəri deyib.
Müğənni, bəstələdiyi musiqiləri heç vaxt telefon vasitəsilə müğənniyə göndərmədiyini etiraf edib:
"Bunu pula görə etmirəm. Yəni qorxmuram ki, kimsə götürər mahnını, pulu mənə çatmaz, yox. Amma fikri oğurlayırlar. Oxşarını yazırlar. Bir şey üçün ki, mən zaman ayırıram, əziyyət çəkirəm, xərc qoyuram, ərsəyə gətirirəm. Onu necə elə rahat atım kiminsə telefonuna ki, hə götür qulaq as. Bu mənim üçün dəyərli bir şeydir”.
Aysel