AGAT Beynəlxalq Ana Dili Gününü qeyd edəcək

GƏNCLİK
15:35 20.02.2014
1645

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi birlikdə Beynəlxalq Ana Dili Gününü qeyd edəcək. Tədbir 21 fevral 2014-cü il, saat 15:00-da Qafqaz Point Mehmanxanasının zalında baş tutacaq.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə rus, ukrayna, yəhudi, tatar, türk və polşa gənclər təşkilatlarının nümayəndələri, eləcədə Hindistan, Fələstin, Qətər, BƏƏ, Almaniyanın nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər, təqdimatlar və s. bu kimi vasitələrlə öz dillərini nümayiş etdirəcək, milli mətbəxlərdən təamlar hazırlayacaq və mədəniyyətlərinin atributu olan milli geyimlərini nümayiş etdirəcəklər. Tədbirdə müxtəlif səfirlik, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin bir sıra agentliklərindən qonaqların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Beynəlxalq Ana dili Günü 1999-cu ilin Noyabrında YUNESKO-nun Baş Konfransında elan edilmiş və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik və mədəni müxtəliflik, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir. Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir vasitədir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artmasına və qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR