AGAT beynəlxalq əməkdaşlıq müqaviləsi imzaladı

GƏNCLİK
10:33 11.03.2014
1595

Gülsel Səfərova İstanbulda Bəynəlxalq Fondun ümumi yığıncağında iştirak edib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova 9-10 mart, 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Qara Dəniz-Xəzər Dəniz Bəynəlxalq Fondunun ümumi yığıncağında iştirak edib. Ümumi yığıncaqda Rumıniya, Moldova, Ukrayna, Türkiyə, Rusiya, Çin, Monteneqro, Serbiya, Bosniya və Hersoqovinya, Şri-Lanka və s. ölkələrinin rəsmi nümayəndələri və vətəndaş cəmiyyəti iştirak edib. 28 ölkənin bir arada birləşdirən Fond regionda sülh, mədəniyyətlərarası dialoq və sosial-iqtisadi layihələr istiqamətində fəaliyyət göstərir.

9 martda sözü gedən fond və AGAT arasında əməkdaşlıq sazişi imzalandı. Əməkdaşlığın əsas prioritetləri Qara Dəniz və Xəzər Dənizi ölkələrinin gənclərini sülh quruculuğu, qarşılıqlı əməkdaşlıq və regionun inkişafında yeni nəslin rolu təşkil etdi. Eyni zamanda Yeni İpək Yolunda yerləşən Qara Dəniz və Xəzər Dənizi ölkələrinin regionun inkişafına töhvə vərə biləcək müştərək layihələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, AGAT sədri Gülsel Səfərova idarə heyətinin tam səs çoxluğu ilə Fonda üzv seçildi. Eyni zamanda Fond ve AGAT arasında gələcək əməkdaşlıq ilə bağlı ilkin müzakirələr aparıldı.

OXŞAR XƏBƏRLƏR