AGAT beynəlxalq təşkilata üzv olub

GƏNCLİK
14:11 04.11.2013
1442

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) rəhbəri Gülsel Səfərova və təşkilatın fəalı Nigar Hüseynova Avropanın Gənc Federalistləri Təşkilatının (JEF) təşkil etdiyi “Paris Avropa Konqresi 2013” adlı iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, konqres Fransanın paytaxtı Paris şəhərində keçirilib.

Tədbir çərçivəsində AGAT Avropanın Gənc Federalistləri Təşkilatına üzvlük üçün namizədliyini irəli sürüb. Təqdimat çərçivəsində AGAT barədə video çarx təqdim edilib. Təqdimatı konqres iştirakçıları və milli nümayəndələr maraqla qarşılayıblar. AGAT tam səs çoxluğu ilə ilkin mərhələdə üzvlüyə qəbul olunub. AGAT Azərbaycanda JEF-in rəsmi numayəmdəliyi kimi qeydiyyata alınıb.

Avropanın Gənc Federalistləri Təşkilatı Avropanın 30 ölkəsində fəaliyyət göstərir. Azərbaycandan bu qurumda təmsil olunan hazırda heç bir təşkilat yoxdur. Təşkilat Avropanın ictimai-siyasi proseslərində gənclər iştirakı ilə aktiv rol oynayır.

OXŞAR XƏBƏRLƏR