AGAT-çılar Fransaya getdi

DÜNYA
14:28 05.04.2013
1568
6-14 aprel, 2013-cü il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, təşkilatın fəalı Maryamxanım Tağıyeva Fransanın Strasburq şəhərində “Qeyri-formal təhsil vasitəsi ilə sosiaL əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi” adlı beynəlxalq tədbirdə iştirak edəcək. Qeyd edək ki, tədbir fransız şəbəkəsi AMSED-in təşkilatçılığı ilə Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir. 
Tədbirdə Avropanın 16 dövlətindən (Almaniya, Bolqariya, Fransa, İtaliya, Gürcüstan, Mərakeş, İspaniya, İsveç, Tunis, Əlcəzair, Fələstin, Ukrayna, Ermənistan, Belçika, Portuqaliya və Azərbaycan) gənc mütəxəssislər iştirak edəcəkdir. 
 16 dövlətdən 40-a yaxın nümayəndə iştirak edən tədbirdə Avropa və Qafqaz ölkələri arasında mədəniyyət mübadiləsi təşkil olunacaq, ölkələrin reallıqları barədə müzakirə aparılacaq, Eyni zamanda sosiallar əlllər ilə bağlı ölkələrin təcrübəsi öyrəniləcək və gənc nəslin iştirakı ilə bu prosesdə aktiv fəaliyyət müzakirə ediləcəkdir. Bu istiqamətdə AGAT nümayəndə heyəti Azərbaycan təcrübəsini bölüşəcəkdir.
Tədbir çərçivəsində QHT və dövlət strukturları ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.  
AGAT tədbir ərzində Azəbaycanın mədəniyyət istiqaməti üzrə təqdimatını edəcəkdir. 
Qeyd edək ki, AGAT Fransanin ən böyük şəbəkəsi sayılan AMSED-ə tam hüquqlu üzvdür. Tədbir AMSED şəbəkəsinin üzvü “Association des Artistes et des Couleurs et de la Diversité” təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR