Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi birlikdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə rus, ukrayna, yəhudi, tatar, türk və polşa gənclər təşkilatlarının nümayəndələri, eləcədə Hindistan, Fələstin, Qətər, BƏƏ, Almaniyanın nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər, təqdimatlar və s. bu kimi vasitələrlə öz dillərini nümayiş etdirib, milli mətbəxlərdən təamlar hazırlayıb və mədəniyyətlərinin atributu olan milli geyimlərini nümayiş etdiriblər.
Tədbirdə müxtəlif səfirlik, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin bir sıra agentliklərindən qonaqlar iştirak edib.
Mərasimdə çıxış edən AGAT-ın sədr müavini Nərgiz Xələf bildirib ki, Beynəlxalq Ana Dili Günü 1999-cu ilin noyabrında YUNESKO-nun Baş Konfransında elan edilib: “2000-ci ilin fevral ayından etibarən hər il dilçilik və mədəni müxtəliflilik, o cümlədən çoxdilliyi təbliğ etmək üçün qeyd edilir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artmasına və qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır”.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev isə deyib ki, Ana dilinin qorunması və təbliği qlobal vətəndaşlıq və həqiqi anlaşma üçün əsasdır: “Bir dildən daha artıq dillərdə anlamaq və danışmaq dünyamızdakı qarşılıqlı mədəni əlaqələrin zənginliyinin daha çox dərk edilməsinə gətirib çıxarır. Yerli dilləri bilmək daha çox insanlarln səslərinin eşidilməsinə və onların öz ortaq taleyində aktiv iştirak etmələrinə şərait yaradır”.
AGAT-ın sədri Gülsel Səfərova isə diqqətə çatdırıb ki, Azərbaycan artıq tolerant ölkə olaraq dünyaya bir nümunədir: “Biz Azərbaycanda yaşayan xalqların hər birini dəstəkləyirik. Bu gün bu mərasimi də təşkil etməkdə əsas məqsədimiz Azərbaycanda yaşayan digər millətlərlə qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirməkdir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, bu gün Azərbaycanın beynəlxalq ictimaiyyətə deməyə sözü çatır: “Çünki Azərbaycanın zəngin potensialı tolerantlıq ənənələri Azərbaycanın mövqeyini birmənalı şəklildə gücləndirir. Azərbaycan bu gün beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər və təşəbbüslərlə çıxış edir. Bu tədbirlərin əksəriyyəti isə mədəniyyət və humanitar məsələlərdir. Biz fəxr edirik ki, Azərbaycan kimi geniş potensiala malik bir ölkəni beynəlxalq ictimaiyyətdə təmsil edirik”.
Qeyd edək ki, Beynəlxalq Ana dili Günü 1999-cu ilin Noyabrında YUNESKO-nun Baş Konfransında elan edilmiş və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik və mədəni müxtəliflik, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir. Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir vasitədir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artmasına və qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.
![](/file/pic/xeber/2014-02-22/72186.jpg)
![](/file/pic/xeber/2014-02-22/72189.jpg)
![](/file/pic/xeber/2014-02-22/72191.jpg)
![](/file/pic/xeber/2014-02-22/72192.jpg)
![](/file/pic/xeber/2014-02-22/72194.jpg)
![](/file/pic/xeber/2014-02-22/72195.jpg)
![](/file/pic/xeber/2014-02-22/72196.jpg)
![](/file/pic/xeber/2014-02-22/72199.jpg)
![](/file/pic/xeber/2014-02-22/72201.jpg)
![](/file/pic/xeber/2014-02-22/72203.jpg)
![](/file/pic/xeber/2014-02-22/72205.jpg)
![](/file/pic/xeber/2014-02-22/72208.jpg)
![](/file/pic/xeber/2014-02-22/72210.jpg)
![](/file/pic/xeber/2014-02-22/72211.jpg)
![](/file/pic/xeber/2014-02-22/72212.jpg)
![](/file/pic/xeber/2014-02-22/72216.jpg)
![](/file/pic/xeber/2014-02-22/72217.jpg)
![](/file/pic/xeber/2014-02-22/72219.jpg)
![](/file/pic/xeber/2014-02-22/72222.jpg)
![](/file/pic/xeber/2014-02-22/72224.jpg)
![](/file/pic/xeber/2014-02-22/72226.jpg)
![](/file/pic/xeber/2014-02-22/72228.jpg)
![](/file/pic/xeber/2014-02-22/72231.jpg)