AGAT əlaqələrini genişləndirir

GƏNCLİK
17:15 29.12.2013
1393

Bakıda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) və Norveç-Azərbaycan Gənclər Birliyi (NAYO) ilə qarşılıqlı əməkdaşlıq barədə görüş keçiriblər.

AZXEBER.COM xəbər verir ki, görüş çərçivəsində Azərbaycan gənclərinin avrointeqrasiya prosesində Skandinaviya ölkələri ilə əməkdaşlığın əhəmiyyətindən söhbət açılıb.Həmçinin, gələcək perspektivlər və Skandinaviya-Azərbaycan gənclərini bir araya gətirəcək layihələr barədə danışılıb. Vurğulanıb ki, AGAT-NAYO arasında mədəniyyətlərarası dialoq, sülh quruculuğu və gənclərin elmi inkişafı ilə bağlı fəaliyyətlərin keçirilməsi məqsədə uyğundur.Eyni zamanda görüş çərçivəsində AGAT-ın Norveçdə Azərbaycan reallıqları ilə bağlı, o cümlədən mədəniyyətlə bağlı beynəlxalq layihənin həyata keçirilməsi barədə müzakirələr olub. Qeyd olunub ki, Azərbaycan gənclərinin Skandinaviya ölkələri ilə əməkdaşlığı mühümdür.Görüşün sonunda AGAT-ın sədri Gülsel Səfərova və NAYO-un sədri Ramil Əliyev arasında əməkdaşlıq barəsində razılıq əldə olunub.

OXŞAR XƏBƏRLƏR