AGAT-dan AZXEBER.COM-a verilən məlumata görə, seminara AGAT sədri AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Səbinə Əhmədova birilikdə qatılmışdır. Seminarda Ukrayna, Rusiya, Qırğızıstan, Moldovadan İKT üzrə uğur qazanan gənc qızlar da qatılmışdır.
Tədbiri BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyinin MDB ölkələri üzrə ofisi təşkil etmişdir. Seminar çərçivəsində Gülsel Səfərova Azərbaycan həyata keçirilən informasiya-kommunikasiya siyasəti, gənc qızların İKT-yə olan marağının artması və qadınların İKT-də sayının çoxalması ilə bağlı məlumat verdi. Eyni zamanda qeyd etdi ki, İKT ilə bağlı ekologiyaya zərərli tullantıların artması gəncləri narahat edir və gələcəkdə AGAT olaraq bunu ictimailəşdirmək fikirində olduğunu qeyd etdi.
Moskvaya səfər çərçivəsində AGAT sədri Gülsel Səfərova Azərbaycanın Mədəniyyətinin İnkişafı və İntibahı, Yeni Nəfəs Təşkilatının Moskva nümayəndəliyi tərəfindən qrossmeysterVüqar Həşimovun əziz xatirəsinə həsr olunmuş gənclərarası şahmat yarışına qatəlmışdır. Tədbirdə Azərbaycanın Rusiya Federasiyasında olan səfirliyinin nümayəndəsi, Moskvanın gənc şahmatistləri, QHT nümayəndələr, Azərbaycan diasporasının nümayəndləri iştirak etmişdir.