AGAT qanunsuz “prezident seçkiləri” və “andiçmə” mərasimi ilə əlaqədar bəyanat yayıb

SOSİAL
11:04 23.05.2020
533
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkiləri və təşkil edilən qondarma andiçmə mərasimi ilə əlaqədar bəyanat yayıb.
 
Təşkilatdan AZXEBER.COM-a daxil olan bəyanatda deyilir: "AGAT Azərbaycanın işğaldakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "prezident seçkilərini” və "andiçmə” mərasimini sərt şəkildə pisləyir. Separatçıların bu addımını beynəlxalq təxribat aktı kimi dəyərləndirir və hesab edirik ki, bu, Ermənistan Respublikasının ilhaq siyasətinin daha bir təzahürüdür.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu 1992-ci ildən indiyədək Ermənistan Respublikasının işğalı altındadır. İşğal nəticəsində yaradılan, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunsuz hesab edilən qondarma "Dağlıq Qarabağ Respublikası” beynəlxalq hüquq tərəfindən də tanınmır. Həmin bu qondarma qurum münaqişənin həlli ilə bağlı nəinki Azərbaycan hökuməti, həmçinin heç bir beynəlxalq təşkilatla əməkdaşlıq etmir və etmək niyyətində də deyil.

Dağlıq Qarabağın işğal olunmuş torpaqları və ona bitişik yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan Respublikasının ərazisi kimi tanınır: BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu, bir daha onu deməyə əsas verir ki, keçirilən prezident seçkiləri və təşkil edilən and içmə mərasimi beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına ziddir. Rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağ ərazisində (və digər işğal olunmuş ərazilərdə) qəbul edilmiş hər hansı bir qərar qanuni hesab edilə bilməz.

Diqqətə çatdırmaq yerinə düşər ki, qondarma seçkilər Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisinin iştirakı olmadan keçirilmişdir. Söhbət Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlıdan gedir. Bu seçkilər və andiçmə mərasimləri təkcə beynəlxalq qanunu kobudcasına pozmaq deyil, eyni zamanda, qeyri-demokratik və məcburi köçkünlərin insan haqlarını pozmaq deməkdir.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində "andiçmə” adı altında təşkil edilən bu təxribatda Ermənistanın baş nazirinin iştirakı bir daha onun beynəlxalq hüquqa məhəl qoymadığını göstərir. Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyət Ermənistana sanksiya tətbiq etməli, üzv olduğu beynəlxalq qurumlarda fəaliyyətinə yenidən nəzərdən keçirməlidir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:29 19.09.2020

MAG 9-cu mövsümünə start verir - VİDEO

17:22 19.09.2020

İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

17:06 19.09.2020

Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

16:56 19.09.2020

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

16:43 19.09.2020

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

16:36 19.09.2020

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

16:20 19.09.2020

DİN-dən müğənni Elnar Xəlilovla bağlı açıqlama

16:08 19.09.2020

“Şalvar götürəndən sonra həyətə girə bildim” - “Şortik” qalmaqalı davam edir

15:45 19.09.2020

BMT milyarderlərdən kömək istədi

15:30 19.09.2020

MTX-nin keçmiş direktoru: "Ermənistanda ciddi siyasi hadisələr olacaq"

15:23 19.09.2020

"Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib" - İlham Əliyev

15:18 19.09.2020

Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır”

14:46 19.09.2020

Prezident: "Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"

14:14 19.09.2020

Paşinyanın arvadı növbəti dəfə erməni qadınlar üçün hərbi təlimlər keçirəcək

14:10 19.09.2020

Prokurorluq “Azərenerji”nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açdı

13:58 19.09.2020

Prezident yerli telekanallara müsahibə verdi

X Mostbet