AGAT rəhbərliyi beynəlxalq seminarda

GƏNCLİK
20:10 28.07.2012
1835
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, sədr müavini Nərgiz Eyvazova Türkiyənin İstanbul şəhərində “Youth is on the stage for Gender Equality!” adlı beynəlxalq seminarda iştirak edirlər. Qeyd edək ki, tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir. 
Təşkilatçı Türkiyənin Gənc Hayat Vakfıdır. AGAT katibliyindən verilən məlumata görə, 26 iyulda tədbir çərçivəsində Azərbaycanın mədəniyyət günü keçirilib. Mədəniyyət günündə ölkənin təbliğatı ilə bağlı müxtərlif çap materiaları paylanılıb, Azərbaycanın coğrafi mövqeyi və mədəniyyəti ilə bağlı məlumat verilib. 
Qeyd edək ki, tədbirdə Avropanın 10 dövlətindən (Turkiyə, İtaliya, İspaniya, Moldova, Gürcüstan,Belçika, Ruminya,Almanya, Xorvatiya və Azərbaycan) gənc mütəxəssislər iştirak edir. 
10 dövlətdən 45 nəfər iştirakçı olan tədbirdə Avropa və Qafqaz ölkələri arasında mədəniyyət mübadiləsi təşkil olunacaq, ölkələrin reallıqları barədə müzakirə aparılacaq, Hər bir təmsil olunan iştirakçı ölkəsinin genderlə bağlı problemləri, həlli yolları və bu istiqamətdə apardığı dövlət siyasəti barədə məlumat verəcək. 

OXŞAR XƏBƏRLƏR