Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 9 may, 2014-cü ildə Lider telekanalının "Seçim" verlişində "Əlilliyi olan uşaqların sosial inteqrasiyası" mövzusunda veriliş təşkil edəcək.
AZXEBER.COM xəbər verir ki, Veriliş "World Vision International" humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Verilişin əsas məqsədi əlilliyi olan uşaqların cəmiyyətə tam inteqrasiyasını təbliğ etməkdir. Veriliş əlilliyi olan uşaqların, gənclərin bərabər hüquq və imkanlarının əldə olunması üçün, onların cəmiyyətə inteqrasiyası və həyatlarında müsbət dəyişikliklərlə bağlı olacaqdır.
Mövzu çərçivəsində Azərbaycan Respulikası Sosial Müdafiə Nazirliyinin nümayəndəsi, gənc əlilliyi olan şəxslər, QHT- lər iştirak edəcəkdir. Veriliş çərçivəsində əlilliyi olan şəxslərin problemləri, bu istiqamətdə dövlət siyasəti, əlilliyi olan şəxslərin ehtiyaclarının həlli yolları və həyatlarında müsbət dəyişikliklər üzrə müzakirələr təşkil olunacaqdır.
Qeyd edək ki, veriliş çərçivəsində "World Vision International" humanitar təşkilatının Azərbaycandakı nümayəndəlinin maliyyə dəstəyi ilə çəkilmiş "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı videoçarx da efirdə nümayiş olunacaqdır. Veriliş 17 may saat 18:00-da lider telekanalında yayımlanacaqdır.