Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 20 avqust, 2012-ci il tarixində saat 13.00-da Bakının Qaradağ rayonunda xeyriyyə aksiyası həyata keçirəcək. AZXEBER.COM-un məlumatına görə, müqəddəs Ramazan Bayramına həsr olunan aksiyada həmin rayonda yaşayan 20 nəfər kimsəsiz ahıllara bayram sovqatları paylanılacaqdır. Bayram aksiyası çərçivəsində AR Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə ahıllara təmənnasız tibbi xidmət göstəriləcəkdir. Qeyd edək ki, bayram aksiyasına "Azersun Holding" MMC, Pak Dad və AZZA şirkəti dəstəyini göstərir.AGAT Azərbaycan xalqının qarşıdan gələn Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edir, niyyətlərin hasil olmasını azrulayır.