Ahıl ər-arvad evlərində ölü tapıldı

Ahıl ər-arvad evlərində ölü tapıldı
SOSİAL
13:48 22.11.2016
1270

 
Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.
 

Hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.
 

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.
 

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.
 
 

Meyitlər müayinə üçün morqa aparılacaq.
 
 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

///APA

OXŞAR XƏBƏRLƏR