AHKL layihəsi insan hüquqları üzrə QHT koalisiyasına üzvlərin seçimi barədə - Açıqlama

AHKL layihəsi insan hüquqları üzrə QHT koalisiyasına üzvlərin seçimi barədə - Açıqlama
Bütün Xəbərlər
16:30 02.10.2013
878

Azərbaycan Hüquqşünasları Konfederasiyası Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasi və Konstitusiya Araşdırmalar Fondu ilə konsorsiumda ABŞ İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Hüquqlar Konsorsiumu” Layihəsini (AHKL) həyata keçirməkdədir. 

AHKL Layihəsinin əsas məqsədlərindən biri vətəndaşların hüquqlarını qoruyan islahatları əhali üçün daha da genişləndirməkdir. Buna nail olmaq üçün başqa fəaliyyətlər arasında, layihə müsabiqə şəraitində seçilmiş, müvafiq dövlət orqanları ilə dialoqda və əməkdaşlıq şəraitində vətəndaş maraqlarını təmsil etmək və insan hüquqları sahəsində mandatı olan beş QHT-dən ibarət koalisiya ilə işləməyi nəzədə tutur.

Rəqabətli və iki mərhələli qiymətləndirmə prosesi nəticəsində aşağıda qeyd olunan beş QHT Azərbaycan Hüquqlar Konsorsiumu Layihəsinin İnsan Hüquqları üzrə QHT koalisiyasına seçilmişdir: D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi və Əlil Təşkilatlar İttifaqı.

Oktyabr ayında Koalisiyanın ilk görüşünün təşkil ediləcəyi nəzərdə tutulur. AHKL Layihəsi müddətində Koalisiya üzvləri AHKL Layihəsinin konsorsium üzvləri ilə əməkdaşlıq şəraitində aşağıdakı fəaliyyətlərdə iştirak edəcəklər: yeni və sosial mediya vasitəsi ilə ictimai təbliğat, ictimai məlumatlılığın artırılması və AHKL prioritetlərindən olan vətəndaş təhsili; insan hüquqları sahəsində milli qanunvericilik, habelə Azərbaycan Respublikasının üzv olduğu və öhdəlik götürdüyü beynəlxalq insan hüquqları sənədlərinə riayət edilməsi barədə üç dəfə illik analitik monitorinq hesabatının hazırlanması, qanun layihələrinin ictimai müzakirələrində iştirak, insan hüquqları sahələrində təkliflərin təhlili və qanunvericiliklə bağlı tövsiyyələrin verilməsı.

AHKL Layihəsi koalisiya yaratmaqla və kiçik qrant proqramı vasitəsi ilə QHT-lərin bacarıqlarının artırılmasını qarşısına məqsəd qoymuşdur. Layihənin fəaliyyət planına uyğun olaraq, yuxarıda qeyd olunan beş koalisiya üzvü üçün ictimai maraqların müdafiəsi sahəsində təlim keçiriləcək və onlara insan hüquqları sahəsində kiçik qrant almaq üçün müsabiqədə iştirak etmək imkanı yaradılacaqdır.

OXŞAR XƏBƏRLƏR