Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu

Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
SOSİAL
13:54 21.10.2026
115
Azərbaycana girişinə qadağa qoyulan Türkiyə vətəndaşlarından biri keçmiş futbol hakimi Ahmet Çakardır.
 
AZXEBER.COM xəbərinə görə, o, 1992-1998-ci illər arasında FIFA referisi (beynəlxalq hakim) kimi fəaliyyət göstərib.
 
Çakar hakemliyi bitirdikdən sonra idman yazarı kimi çalışır. 
 
XİN-dən bildirilib ki, Ahmet Çakar və 30 Türkiyə vətəndaşı müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub
OXŞAR XƏBƏRLƏR