Ahmet Kuralın həbsi ilə bağlı yeni qərar

Ahmet Kuralın həbsi ilə bağlı yeni qərar
MAQAZİN
16:49 16.01.2022
346
Türkiyəli aktyor Ahmet Kurala keçmiş müğənni sevgilisi Sılaya şiddət göstərməsi səbəb ilə 1 il 4 ay 20 gün həbs cəzası verilib.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, qərara əsasən, aktyorun keçmişdə məhkumluğu olmadığı və məhkəmə davam etdiyi müddətdə onun davranışları nəzərə alınaraq 1 il ərzində nəzarət altında saxlanacaq.

O, bu vaxt ərzində başqa bir səbəbdən cəza almasa, bəraət qazanacaq. Aktyorun vəkili isə apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.
OXŞAR XƏBƏRLƏR