Ahmet Minguzzinin anasını təhdid edən şəxs SAXLANILDI

Ahmet Minguzzinin anasını təhdid edən şəxs SAXLANILDI
DÜNYA
11:32 31.03.2026
198
Bir müddət öncə Türkiyədə bıçaqlanaraq qətlə yetirilən 15 yaşlı Mattia Ahmet Minguzzinin anası Yasemin Minguzziyə təhdid mesajları göndərən şübhəli M.E.U. Yalova şəhərində saxlanılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər xəbər verir ki, Sakırköy Ədliyyəsinə gətirilən şübhəli həbs tələbi ilə hakim qarşısına çıxarılıb.

Xatırladaq ki, 21 mart 2026-cı ildə Yasemin Akıncılar Minguzzi, İctimai Təhlükəsizlik Şöbəsi İdarəsinin Soyğunçuluq Bürosuna şikayət ərizəsi ilə müraciət edərək, "X" sosial media platformasındakı müxtəlif hesablardan təhdid və təhqiramiz mesajlar aldığını bildirib.

Şikayətdən sonra qruplar Kiber Cinayətlər Şöbəsi ilə koordinasiyalı şəkildə araşdırma başladaraq, "@s_guiliano" istifadəçi adı olan hesabın mesajların mənbəyi kimi seçildiyi və bu hesabdan təhdid mesajlarının yazıldığını müəyyən ediblər.

Texniki və fiziki araşdırmalar nəticəsində bu hesabdan istifadə edən şəxsin Mehmet Emin Uyan olduğu müəyyən edilib. Şübhəli 23 mart 2026-cı ildə Yalovada keçirilən əməliyyat zamanı tutularaq nəzarətə alınıb. Əməliyyat zamanı şübhəliyə məxsus rəqəmsal materiallar da müsadirə edilib.

Aysel
OXŞAR XƏBƏRLƏR