Avropa İttifaqının müdafiə planı güclü və təhlükəsiz Avropanı təmin etmək üçün 800 milyard avro tələb edə bilər.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.
Avropa Komissiyasının Prezidenti 800 milyard avroluq büdcə ilə Aİ-ni yenidən silahlandırmaq, eləcə də silah istehsalı üçün 650 milyard avro toplamaq üçün cari müdafiə xərclərini 1,5% artırmaq planını təklif edib.
Bundan əlavə Ursula von der Leyen Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalı üçün 150 milyard avro kredit cəlb etmək niyyətindədir.
///apa