Aİ Dəməşqdəki nümayəndəliyini yenidən açacaq

Aİ Dəməşqdəki nümayəndəliyini yenidən açacaq
DÜNYA
16:18 17.12.2024
190
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas AB-nin Dəməşqdəki nümayəndəliyini yenidən açacaqlarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kallas Avropa Parlamenti Baş Assambleyasında Suriya ilə bağlı keçirilən sessiyada çıxış edərkən deyib.

"Yeni rəhbərlik və vətəndaş cəmiyyəti ilə əlaqə yaratmaq üçün prosesə başlamışıq. Artıq Dəməşqdə Aİ səfirliyini yenidən açmağa hazırıq. Biz yenidən tam fəaliyyət göstərməsini istəyirik" - Kallas bildirib.
OXŞAR XƏBƏRLƏR