Aİ-dən Qəzza ilə bağlı qəti̇ mövqe: Fələstinlilərin köçürülməsi rədd edildi
DÜNYA
03:42 05.09.2026
55
Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib. AZXEBER.COM bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzza zolağında hər hansı demoqrafik və ya ərazi dəyişikliyini rədd etdiyini bəyan edib.
Viqand əlavə edib ki, Qəzza zolağı gələcək Fələstin dövlətinin ayrılmaz tərkib hissəsidir.