Aİ-dən Rusiyaya qarşı yeni SANKSİYA: Rusiyadan neft idxalına...

Aİ-dən Rusiyaya qarşı yeni SANKSİYA: Rusiyadan neft idxalına...
DÜNYA
17:02 03.06.2022
438
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı Ukraynaya hücum edən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artmaqda davam edir. Neftə olan tələbatının 25 faizini Rusiyadan qarşılayan Aİ ölkələri Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün növbəti qərarını verib. Aİ Rusiyadan neft idxalını da qadağan edən sanksiyalar paketini təsdiqləyib. 

Rusiyaya qarşı yeni sanksiyaları ehtiva edən paketə görə;
 
-Ukraynaya hücumlarda iştirak edən bəzi rusiyalı məmurların, oliqarxların və ailə üzvlərinin aktivləri dondurulacaq. Bu şəxslərə səyahət qadağası qoyulacaq.
-Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa qoyulacaq.
-Bu ilin sonuna kimi Rusiyanın neft idxalı 92 faiz azalacaq.
-Rusiyanın neft sektoruna xidmətlərin göstərilməsi qadağan olunacaq.
-Rusiyanın 3 bankı və 1 Belarus bankı, o cümlədən Sberbank SWİFT beynəlxalq ödəniş sistemindən çıxarılacaq.
-Rusiyaya ixrac qadağasının əhatə dairəsi genişləndiriləcək.
-Təbliğat fəaliyyəti ilə məşğul olan 3 Rusiya KİV-inə yayım qadağası qoyulacaq.
-Rusiyanın konsaltinq xidmətlərinə çıxışı kəsiləcək.

Macarıstanın başçılıq etdiyi Çexiya, Slovakiya və Bolqarıstan kimi ölkələr qüvvəyə minməsi üçün yekdil razılıq tələb edən paketə qarşı çıxıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR