Aİ: Gürcüstanın təşkilata üzv olması kriteriyalara cavab verməsindən asılıdır

SİYASƏT
18:20 21.02.2024
224
Avropa İttifaqı (Aİ) Gürcüstanın təşkilata doğru irəliləyişinin onun üzvlük kriteriyalarına cavab verməsindən asılı olacağını vurğulayıb.

Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyasının müəyyən etdiyi şərtlərin yerinə yetirilməsi vacibdir.

Dezinformasiya, Aİ əleyhinə ritorika və xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizənin vacibliyini vurğulayan Aİ Gürcüstanı bu mövzuda əhəmiyyətli addımlar atmağa çağırıb.

Qeyd edək ki, ötən gün Brüsseldə Aİ-Gürcüstan Assosiasiya Şurasının 8-ci iclası keçirilib.
OXŞAR XƏBƏRLƏR