Aİ Hindistanla birlikdə okeanda hərbi təlimlər keçirəcək

Aİ Hindistanla birlikdə okeanda hərbi təlimlər keçirəcək
DÜNYA
21:33 29.05.2025
407
1–3 iyun tarixlərində Hindistan və Avropa İttifaqı Hind Okeanında Hərbi Dəniz Qüvvələrinin birgə hərbi təlimlərini keçirəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında məlumat verilib.

Bildirilib ki, taktiki manevrlərdə Hindistanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər, Aİ-nin Hərbi Qüvvələrinə aid iki hərbi freqat, eləcə də hərbi aviasiya heyətləri iştirak edəcək.

Burada əsas diqqət Sakit okean regionunda təhlükəsizliyə, eləcə də piratçılıq və narkotik vasitələrin qanunsuz dövriyəsi ilə mübarizəyə yönəldiləcək.
OXŞAR XƏBƏRLƏR