Aİ ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edildi

Aİ ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edildi
SİYASƏT
19:36 12.09.2022
208
Sentyabrın 12-dən etibarən Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edilib.

Bu barədə Aİ Şurasınının qərarında deyilir.

Qərara əsasən, Rusiya vətəndaşlarına viza verilməsi müddəti 15-45 gün əhatə edəcək. Viza rüsumu isə 35 avrodan 80 avroya yüksəldilib.

Xatırladaq ki, Rusiya ilə Aİ arasında sadələşdirilmiş viza rejimi 2007-ci ilin iyunundan qüvvəyə minmişdi. Bu il avqustun 31-də Praqada keçirilmiş iclas zamanı Aİ üzvləri rejimin ləğv edilməsini dəstəkləmişdi.
OXŞAR XƏBƏRLƏR