Aİ Çini müharibəyə son verməsi üçün Rusiyaya təzyiq göstərməyə çağırdı

Aİ Çini müharibəyə son verməsi üçün Rusiyaya təzyiq göstərməyə çağırdı
DÜNYA
19:45 19.05.2023
269
Avropa İttifaqı (Aİ) Çini hərbi təcavüzünə son verməsi üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Bu barədə G7 ölkələrinin Hiroşimada keçirilən sammitindən öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib. O, Aİ-nin Pekinlə əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Çinlə stabil və konstruktiv əlaqələr bizim qarşılıqlı marağımızdadır”, - Şarl Mişel deyib.

Bununla belə, Şarl Mişel Aİ-nin öz dəyərlərinə möhkəm şəkildə sadiq qaldığını və öz maraqlarının təşviqinə davam edəcəyini qeyd edib.

"Çinin dünyada xüsusi məsuliyyəti var. O, beynəlxalq qaydalar əsasında oynamalıdır və biz Çini hərbi təcavüzünü dayandırması üçün Rusiyaya təzyiq göstərməyə çağırırıq. Biz Honq Konqda, Sincanda və ya Tibetdə olmasından asılı olmayaraq insan haqları ilə bağlı öz narahatlıqlarımızı səsləndirməyə davam edəcəyik. Biz ölkələrimizdə demokratik cəmiyyətlərimizi baltalayan müdaxilələr edilməsinə tolerantlıq göstərməyəcəyik”, - Şarl Mişel deyib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR