Aİ İrana qarşı sanksiyalar tətbiq edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki,Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İranın dinc nümayişçilərə qarşı güc tətbiq etməsinə cavab olaraq İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
İranda sentyabrın 16-da əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan küçə nümayişləri bütün ölkəyə yayılıb.
Bu nümayişlər İranda 1979-cu il inqilabından sonra ən şiddətli üsyanlardan biri olub. İndiyədək nümayişlərdə 336 nümayişçi həlak olub, 15100-ə yaxın nümayişçi isə saxlanılıb.
Oktyabr ayında ilk sanksiyalar paketinin bir hissəsi olaraq, Aİ Əmininin ölümü və nümayişlərdəki zorakılıqlarla əlaqəli 15 iranlıya və quruma səyahət qadağası qoyub və aktivlərini dondurub.
Avropa İttifaqının iki diplomatı "Reuters” agentliyinə bildiriblər ki, yeni sanksiyalar paketi çərçivəsində insan haqları pozuntularına görə İranda 31 şəxs və təşkilat sanksiya siyahısına daxil edilə bilər.
Ayşən