Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Məlumatı "Reuters” yayıb.
Bildirilib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri İttifaqın iki vətəndaşını saxladığı üçün İranın yeddi vətəndaşına və iki təşkilatına qarşı sanksiyanı bəyənib.
Məlumata görə, məhdudlaşdırıcı tədbirlər siyahısına Tehrandakı "Evin” zindanının rəisi, bir neçə məhkəmə hakimi, habelə bir sıra iranlı məmurlar daxil edilib.
Yeni sanksiyalarda Şirazdakı həbsxananın da adı hallanıb.
report