Aİ İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaları bir il müddətinə uzadıb

SİYASƏT
19:23 08.10.2024
314
Avropa İttifaqı Şurası "İslam Dövləti" (İŞİD) və "Əl-Qaidə”yə qarşı sanksiyaları 2025-ci il oktyabrın 31-dək uzadıb.

Bu barədə Şuranın kommünikesində bildirilib.

"Şura bu gün İŞİD və "Əl-Qaidə”yə, eləcə də onlarla əlaqəli şəxslər, qruplar və təşkilatlara qarşı sanksiyaları daha bir il müddətinə, 31 oktyabr 2025-ci ilə qədər uzadıb”, - sənəddə qeyd edilib.

Məlumata görə, hazırkı sanksiya siyahısına 15 fiziki şəxs və 6 qrup daxildir. Onların Avropa İttifaqına səfəri qadağan edilib. Bundan əlavə Aİ-dəki aktivləri dondurulmalıdır.
 
///report

OXŞAR XƏBƏRLƏR