Aİ İsrail və Fələstin üzrə iki dövlətli həll yolunda israr edir

Aİ İsrail və Fələstin üzrə iki dövlətli həll yolunda israr edir
DÜNYA
19:34 16.09.2025
163
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas gələn həftə Səudiyyə Ərəbistanı, Fransa və Norveçin də təmsil olunacağı "Global Alliance on the Two-State Solution" görüşündə iştirak edəcək.

Bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Ənvər əl Anuni Brüsseldə keçirilən brifinqdə bildirib.

Artıq 100-dən çox ölkə və beynəlxalq təşkilatın daxil olduğu alyans Fələstin probleminin iki dövlətli prinsip əsasında həlli yolunun dəstəklənməsi ilə bağlı bəyanat qəbul etməyi planlaşdırır. Avropa Komissiyasında vurğulandığı kimi, Brüssel "sülh perspektivini" qorumaq üçün bu səylərdə fəal şəkildə iştirak etmək niyyətindədir.
 
report
OXŞAR XƏBƏRLƏR