Aİ istədiyinə nail oldu: “Apple” ödəniş xidmətlərini digər şirkətlərə açacaq

Aİ istədiyinə nail oldu: “Apple” ödəniş xidmətlərini digər şirkətlərə açacaq
DÜNYA
12:50 22.01.2024
124
"Apple”, "Apple Pay” ödəmə sistemi ilə bağlı rəqabət narahatlıqlarını həll etmək üçün Avropa İttifaqı daxilində üçüncü tərəf mobil pul kisəsi və ödəniş xidmətlərinə çıxış imkanı verəcəyini söyləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası "Apple”ın ödəniş xidməti "Apple Pay” ilə bağlı rəqabət araşdırması zamanı şirkətin üzərinə götürdüyü müxtəlif öhdəlikləri açıqlayıb.

Bu öhdəliklərlə bağlı Aİ vətəndaşları və maraqlı tərəflər bir ay ərzində rəy bildirə biləcəklər.

"Apple Pay” iPhone istifadəçilərinə mobil cihazlar vasitəsilə ödənişlər etməyə imkan verən "Apple”ın mobil pul kisəsi həlli kimi seçilir.

Aİ Komissiyasının bəyanatında bildirilib ki, "Apple Pay” "Apple”ın iOS əməliyyat sistemində qapalı ekosistem yaradır.

Ayşən
OXŞAR XƏBƏRLƏR