Aİ Kiyev üçün 1,5 mlrd. avro yardım ayırıb

Aİ Kiyev üçün 1,5 mlrd. avro yardım ayırıb
DÜNYA
18:58 24.04.2024
183
Bu gün Avropa Komissiyası Ukrayna Mexanizmi çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində müstəsna maliyyə yardımının ikinci hissəsini ödəyib.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu ödəniş Avropa Komissiyası tərəfindən məhkəmə sistemi, çirkli pulların yuyulması ilə mübarizə, dövlət maliyyəsinin idarə edilməsi, biznes mühiti və kənd təsərrüfatı sahəsində islahatlarla bağlı razılaşdırılmış siyasət şərtlərinin, habelə maliyyə vəsaitlərinin şəffaf və səmərəli istifadəsini təmin etmək üçün hesabat tələblərinin müsbət qiymətləndirilməsindən sonra həyata keçirilir.

Ukrayna Mexanizmi çərçivəsində maliyyə dəstəyinin ümumi ilkin şərti effektiv demokratik mexanizmlərə hörmət etməkdir.

Xatırladaq ki, mart ayında Avropa Komissiyası bu maliyyə yardımı çərçivəsində 4,5 milyard avroluq ilk tranşı təsdiqləmişdi. Bugünkü ödənişlə Aİ Ukrayna Mexanizminin martın 1-də qüvvəyə minməsindən sonra ölkənin makromaliyyə sabitliyini dəstəkləmək üçün Ukraynaya 6 milyard avro ayırıb. 2022-ci ilin fevral ayından etibarən isə Aİ-nin Ukrayna və onun xalqına ümumi dəstəyi 98,5 milyard avro təşkil edir.

Maliyyə yardımın təsdiqlənməsi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, Ukrayna öz çiyinlərinə ağır yük daşıyır: "Ukrayna hamımız üçün öz çiynində ağır yük daşıyır. Bu gün ayırdığımız əlavə 1,5 milyard avro Ukraynanın təcavüzkarla mübarizə apararkən dövlətin və əhalinin əsas xidmətlərini təmin etməyə davam etməsini imkan verəcək. Bu, 50 milyard avroluq Ukrayna Mexanizmi çərçivəsində müntəzəm və proqnozlaşdırıla bilən ödənişlərə yol açacaq. Avropa Ukraynanı dəstəkləməkdə vahid və qətiyyətli olaraq qalır", - von der Leyen vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb