Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb

Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
DÜNYA
17:03 22.08.2025
454
Bərabərlik, Hazırlıq və Böhran İdarəetmə üzrə məsul Avropa komisarı Hadja Lahbib Qəzzada vəziyyətin aclıq həddinə çatdığını bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Lahbib sosial media platformasında Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib.

İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən dərc edilən son hesabatı vurğulayan Lahbib, bölgədəki insanların aclıqdan öldüyünü vurğuladı.

İndi vəziyyətin qıtlıq həddinə çatdığına diqqət çəkən Lahbib, "İnsanlar aclıqdan ölür. Sentyabrın sonuna qədər hər üç adamdan biri aclıqla üzləşə bilər. Bu, zamanla yarışdır" deyib.

Gülay
OXŞAR XƏBƏRLƏR