Aİ liderləri Ukrayna ilə bağlı görüş keçirəcəklər

Aİ liderləri Ukrayna ilə bağlı görüş keçirəcəklər
DÜNYA
19:25 24.11.2025
71
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri bu gün Anqolanın paytaxtı Luandada Aİ-Afrika İttifaqı sammiti çərçivəsində Ukraynadakı vəziyyətlə bağlı görüş keçirəcəklər.

Aİ liderləri bu gün Qrinviç vaxtı ilə saat 09:30-da (Bakı vaxtı ilə 13:30) toplaşacaqlar.

Bundan başqa, sammitdə şəxsən iştirak etməyən dövlət və hökumət başçıları müzakirələrə videokonfrans formatında qoşulacaq.
 
///apa
OXŞAR XƏBƏRLƏR