Avropa İttifaqı (Aİ) Suriyadakı zorakılıqlara baxmayaraq, bu ölkəyə qarşı sanksiyaların ləğvini davam etdirəcək.
Bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə jurnalistlərə bildirib.
"Bu çox mürəkkəb müzakirədir. Biz görmək istərdik və görürük ki, Suriya hakimiyyəti bu zorakılıqları törədən şəxsləri məsuliyyətə cəlb edir. Sanksiyaların ləğvini davam etdirəcəyik", - o bildirib.
Onun sözlərinə görə, sanksiyaların ləğvi əhaliyə əsas xidmətlərin göstərilməsinə kömək edir, o cümlədən bank sektoruna çıxışı təmin edir: "Bütün bunları müzakirə edəcəyik, lakin hazırda sanksiyaların ləğvi istiqamətində irəliləyirik".
\report