Aİ məhkəməsi "Google"-nin cəriməsini ləğv edib

DÜNYA
13:02 18.09.2024
114
Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi Google-a qarşı tətbiq olunan 1,49 milyard avro cəriməni ləğv edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu cərimənin verilməsinə səbəb Google-un AdSense reklam xidmətinin bazar üstünlüklərindən sui-istifadə etməsi olub.
 
Belə ki, mərkəzi ofisi Lüksemburqda olan və AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, Google-un Alphabet çətiri altında AB Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.
 
Məhkəmə, AB Komissiyasının 5 il əvvəl Google-a AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.
 
Məhkəmə, Komissiyanın Google-u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin qiymətləndirilməsində səhvlərə yol verildiyinə qərar verib.
 
Oksana


OXŞAR XƏBƏRLƏR