Aİ-nin ilk ekspert missiyası Ermənistandadır

DÜNYA
20:12 13.02.2025
117
Avropa İttifaqının (Aİ) ilk ekspert missiyası viza liberallaşması məsələsini müzakirə etmək üçün Ermənistana gəlib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ekspertlər Ermənistan və Aİ arasında viza rejiminin sadələşdirilməsi üçün mövcud vəziyyəti və tələbləri təhlil etməyə başlayıblar.

Onlar fevralın 14-nə qədər görüşlər keçirəcək və miqrasiya prosesləri, biometrik sənədlər və rəqəmsallaşma da daxil olmaqla əsas aspektləri qiymətləndirəcəklər. İşin nəticələri viza liberallaşması ilə bağlı dialoq çərçivəsində gələcək addımları müəyyən etməyə kömək edəcək.

OXŞAR XƏBƏRLƏR