Aİ-nin Rusiya ilə quru sərhədi açıq qalan yeganə ölkəsi də rusiyalılara qapısını bağlayır

Aİ-nin Rusiya ilə quru sərhədi açıq qalan yeganə ölkəsi də rusiyalılara qapısını bağlayır
DÜNYA
18:12 29.09.2022
338
Sentyabrın 30-da Finlandiyaya turizm məqsədi ilə yollanan rusiyalılar üçün sərhəd bağlanacaq.

Məlumat Finlandiya hökuməti tərəfindən təsdiqlənib.

Respublika XİN-i qərarın beynəlxalq münasibətlərə təhlükə ilə bağlı olduğunu izah edib.

Bununla belə, Finlandiyaya ailə, təhsil, iş, müalicə, habelə humanitar səbəblərə görə daxil olma istisna təşkil edəcək.

Qeyd edək ki, Finlandiya Rusiyanın açıq quru sərhədinə malik olduğu yeganə Aİ ölkəsidir.
OXŞAR XƏBƏRLƏR