Aİ-nin XİN rəhbərləri Rusiya nefti daşıyan tankerlərə qarşı yeni sanksiyaları müzakirə edəcəklər

Aİ-nin XİN rəhbərləri Rusiya nefti daşıyan tankerlərə qarşı yeni sanksiyaları müzakirə edəcəklər
SİYASƏT
19:35 20.11.2025
82
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya məxsus neft daşıyan tanker­lərə qarşı sanksiyaları müzakirə edəcəklər.

Bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas cümə axşamı Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.

"O cümlədən, Rusiyanın ‘kölgə donanması’na qarşı yeni sanksiyalarını da müzakirə edəcəyik”, – deyə o qeyd edib.

Diplomatik mənbələrin məlumatına görə, Aİ bu tankerlərin açıq dənizdə saxlanılması və yoxlanılması üçün onların üzərində bayraqları dalğalanan ölkələrdən icazə almaq niyyətindədir. Bu qərar Aİ tərəfindən sanksiya tətbiq olunan tankerlərə şamil edilməlidir.

Nazir­lər həmçinin sanksiya altına düşən tankerlərin siyahısının sürətlə genişləndirilməsi sistemini müzakirə etməyi planlaşdırırlar ki, bu işi yeni sanksiya paketlərinin qəbulunu gözləmədən "fasiləsiz və avtomatik” şəkildə aparmaq mümkün olsun.
 
///apa
OXŞAR XƏBƏRLƏR