Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib

Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
DÜNYA
00:28 06.03.2025
550
Avropa İttifaqı (Aİ) Polşaya pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün ayrılan vəsaitdən 30 milyard zlotını (7,2 milyard avro) müdafiə xərclərinə yönəltməyə icazə verib.

Bu barədə Polşanın fondlar və regional siyasət naziri Katarjina Pełçinskaya-Nalenç "X” sosial şəbəkəsindəki paylaşımda bildirib.

"Avropa Komissiyası ilə razılaşdırıldı. Milli Bərpa Planı çərçivəsində 30 milyard zlotı dəyərində yeni təhlükəsizlik və müdafiə fondu yaradırıq. Bunun üçün Şəhərlərin Yaşıl Transformasiyası maliyyə alətindən vəsaitlərin bir hissəsini yönləndiririk”, - nazir yazıb.

O qeyd edib ki, vəsaitdən bələdiyyələr yollar və sığınacaqlar kimi ikili təyinatlı obyektlərin tikintisi üçün istifadə edə bilər, fond həmçinin müdafiə tədqiqatları və istehsalını maliyyələşdirəcək.

Qeyd edək ki, martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin 27 ölkəsinin liderinə məktub göndərərək, icmanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdim edib. O, 150 milyard avroluq kreditlə Aİ ölkələrinə hava hücumundan müdafiə və artilleriya sistemləri, raketlər və artilleriya sursatları, pilotsuz uçuş aparatları və dron əleyhinə sistemlər kimi ümumAvropa hərbi qabiliyyətlətinin yaradılmasının təklif olunduğunu vurğulayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq