Aİ rəsmisi: "Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması əsas prioritetimiz olacaq"

Aİ rəsmisi: "Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması əsas prioritetimiz olacaq"
SİYASƏT
14:51 06.10.2021
307
"Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaqdır".

Bunu oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

"Avropa İttifaqı "Şərq tərəfdaşlıq" proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz gözlənilən "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik", - o bildirib.
OXŞAR XƏBƏRLƏR