Aİ: “Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”

Aİ: “Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”
DÜNYA
18:37 29.12.2022
190
"Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”.

Bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.

O bildirib ki, Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu infrastrukturu və tibb müəssisələrini heç bir fərq qoymadan məhv edir, mülki insanları qəsdən hədəfə alır və öldürür: "Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”.

Qeyd edək ki, Rusiya bu gün Ukrayna ərazilərinə kütləvi raket hücumu həyata keçirib. Nəticədə Kiyev şəhərində azı 3 mülki şəxs yaralanıb.

OXŞAR XƏBƏRLƏR