Aİ Rusiyanın pulları ilə Ukraynaya vəsait göndərdi

DÜNYA
16:11 10.01.2025
129
Ukrayna Avropa İttifaqının G7 ölkələri tərəfindən razılaşdırılmış 3 milyard avroluq ilk kreditini alıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal "Telegram"da verdiyi açıqlama zamanı deyib.
 
Belə ki, o, dondurulmuş Rusiya hesablarının yaratdığı vəsaitləri aldıqlarını təsdiqləyib.
  
Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media platformasındakı paylaşımında "Bu, maliyyə gücünü artıracaq" - deyib.

G7 liderləri oktyabrda Ukraynaya bir çox kanallar vasitəsilə 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər. Bu kanallara Aİ tərəfindən verilən Makro-maliyyə yardımı krediti, BVF-nin Ukrayna üçün idarə olunan hesabı və Dünya Bankında yeni yaradılmış Ukrayna Maliyyə Vasitəçiliyi Fondu daxildir.
 
Bu fonddan əlavə ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi də açıqlayıb. 

Yardım paketinə AIM-7, RIM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri, hava-yer sursatları, F-16 təyyarələri üçün dəstək ləvazimatları, zirehli körpü sistemləri və müxtəlif rabitə və nəqliyyat materialları aiddir.

Mikayıl

OXŞAR XƏBƏRLƏR