Avropa İttifaqı ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək niyyətindədir.
Bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Agentlik qeyd edir ki, Aİ tarixən ikinci dərəcəli sanksiyaların tətbiqinin əleyhinə olub.
Bu, ikinci dərəcəli sanksiyalar Rusiyanın məhdudiyyətləri aradan qaldırmaq tədbirlərinə qarşı yönələ bilər və Aİ-nin sanksiyalardan yan keçmək cəhdində şübhələndiyi üçüncü ölkələrə müəyyən mal və texnologiyaların tədarükünə qoyulan qadağalardan ibarət ola bilər.
"Bloomberg"in mənbələri qeyd edir ki, 19-cu sanksiyalar paketi Brüsselin həmçinin Ukraynalı uşaqları oğurlamaqda ittiham etdiyi şəxslərin qara siyahıya daxil edilməsini nəzərdə tutur.
/APA