Aİ Rusiyanın Ukraynaya raket hücumlarını qınayıb

Aİ Rusiyanın Ukraynaya raket hücumlarını qınayıb
DÜNYA
19:26 16.01.2023
222
Avropa İttifaqı Rusiyanın Ukraynadakı mülki hədəflərə davam edən mənfur zərbələrini qəti şəkildə pisləyir.

Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Aİ-nin Ukraynaya dəstəyi davam edəcək: "Biz günahkarı məsuliyyətə cəlb etmək istiqamətində əzmimizi gücləndirəcəyik”.

Xatırladaq ki, Rusiya ordusu dünəndən etibarən Ukraynanın Dnepr şəhərinin rayonlarına intensiv raket zərbələri endirir. Hücumlar nəticəsində 40 nəfər həlak olub.
OXŞAR XƏBƏRLƏR