Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır

DÜNYA
19:21 18.12.2024
197
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirib.

"Keçən həftə biz 15-ci sanksiya paketini qəbul etdik. Bu paket Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri və sanksiyalardan yayınma ilə mübarizəni əhatə edir. 16-cı paket hazırlanır", - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR