Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcək

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcək
DÜNYA
23:49 21.09.2022
243
Avropa Komissiyası (AK) Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, sentyabrın 23-də Avropa İttifaqının (Aİ) icra orqanı birlik ölkələrinin nümayəndələri ilə öz təkliflərinin müzakirəsinə başlayacaq.

Adlarının açıqlanmayan Aİ diplomatlarının sözlərinə görə, cümə günü keçiriləcək məsləhətləşmələr çərçivəsində Rusiya neftinə maksimum qiymətin müəyyən edilməsi məsələsi qaldırılacaq. Aİ nümayəndələrinin sanksiya siyahılarına yeni şəxslərin daxil edilməsi, brilyant və digər dəbdəbəli malların idxalına qadağa qoyulmasını da müzakirə edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR