Aİ Şurası Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına yeni tariflər tətbiq edib

Aİ Şurası Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına yeni tariflər tətbiq edib
DÜNYA
18:24 12.06.2025
275
Avropa İttifaqı Şurası Rusiya və Belarusdan gələn və hələ də əlavə gömrük rüsumlarına məruz qalmayan kənd təsərrüfatı məhsulları və bəzi gübrələr üzrə yeni tariflər tətbiq edən qərar qəbul edib.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tariflər Rusiyanın ixrac gəlirlərini azaldacaq və onun Ukrayna ilə müharibədə maliyyələşmək imkanlarını məhdudlaşdıracaq:

"Məqsəd bu idxaldan Aİ-nin asılılığını, həmçinin Rusiyanın ixrac gəlirlərini azaltmaq və bununla da Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək imkanını məhdudlaşdırmaqdır.Gübrələrə tarif artımları üç illik keçid dövrü ərzində tədricən həyata keçiriləcək".

Qərar iyulun 1-dək qüvvəyə minəcək. Qüvvəyə mindikdən sonra isə Aİ tarifləri Rusiyadan bütün kənd təsərrüfatı məhsullarına tətbiq edilmiş olacaq.

O da qeyd edilib ki, yeni tariflər 2023-cü ildə Rusiyadan idxal edilən bütün kənd təsərrüfatı məhsullarının təxminən 15%-ni təşkil edən mallara şamil olunacaq. Gübrələrdə olduğu kimi, yeni tariflər müəyyən azot əsaslı məhsulları əhatə edəcək.
 
///report
OXŞAR XƏBƏRLƏR